İsrail Qəzza Zolağını bombalayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Qeyd edilib ki, Qəzza şəhərinin şərqi və Xan Yunisin cənubuna artilleriya hücumları nəticəsində azı doqquz fələstinli həlak olub, bir çoxu yaralanıb: "Qəzza şəhərinin şərqindəki Zeytun və Tuffah məhəllələrində çadırlar və evlərin vurulması nəticəsində bir uşaq olmaqla beş fələstinli həlak olub, xeyli yaralılar var. Xan Yunisin cənubundakı Kizan Raşvan ərazisindəki köçkünlərn çadırının vurulması nəticəsində isə dörd nəfər ölüb. Burada da xeyli insan yaralanaıb, onlardan bəzilərinin vəziyyətləri ağırdır"
Tahir Şəlvəli
MİA.AZ