İran Avriopa İttifaqı üzvü ölkələrinin Tehrandakı bütün səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb Aİ-nin İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması olub: "Səfirlər bazar və bazar ertəsi günləri Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə SEPAH-la bağlı qərar pislnilməklə yanaşı, diplomatlardan izahat istənilib. Səfirlərlə görüş zamanı nazirlik rəsmiləri Aİ-nin qərarının beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğu xatırladılıb və bu addımın İran xalqına qarşı təhqir hesab edildiyi xüsusi vurğulanıb"

Tahir Şəlvəli

MİA.AZ