Polşa Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti bu gün saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı açıqlanmaya zabit Rusiyaya casusluq etməkdə ittiham olunub.
Polşa Müdafiə Nazirliyi faktı təsdiqləyib: "Bu səhər uzun müddət xidmət etmiş əməkdaş Müdafiə Nazirliyinin qərargahında saxlanılıb. Şübhəli xarici kəşfiyyat xidməti ilə əməkdaşlıq etməkdə ittiham olunur. Araşdırma davam edir".
Hüseyn Namazov
MİA.AZ