Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı qalmaqalı yekunlaşıb.
Mia.az xəbər verir ki, Rəqsanənin üzrxahlığına Səidə Bəkirqızı barışıq mesajları ilə cavab verib.
"Mənə elə gəlir ki, Rəqsanə xanım çıxışıma tam baxmayıb. Mən deməmişəm ki, Rəqsanə kimi xanımı evində arvad edən kişi deyil və sairə. Demişəm ki, Rəqsanə kimi xanımları, sənət adamlarını evinin xanımı etmək hər kişinin işi deyil. Eyni zamanda bizim kimi tanınan aparıcıları da evinin xanımı etmək hər kişinin işi deyil. Çünki biz evdə oturan xanımlar deyilik, ictimaiyyətə açıq insanlarıq.
O cür cəsarətli fotosessiyanın arxasında Fazil müəllim dayandığı üçün Rəqsanə bunu bacardı. Mən Fazil müəllimi aşağılamamışam. Elə bir tərbiyə almamışam ki, kiminsə ərini ələ salım. Çox istərdim ki, Rəqsanə xanım 5 dayaz düşüncəli işçidənsə, bir ağıllısını yanında saxlasın. Mənim çıxışımda təhqir yox idi, amma verilişdə Aynur Dadaşova sizi yenidən provakasiyaya çəkdi. Sizi istəyən insanlar olsaydılar, deyərdilər ki, Səidə xanımın çıxışını incələyək və sairə. Onda məsələ bu həddə çatmayacaqdı. Özümdən o qədər utanıram ki, saytı açırsan Səidə, sosial mediada Səidə.
Evdə TikTok-u silmişik. Baxmayaraq ki, bizim məsələmiz bu qədər ciddiləşib, hörmət olaraq deyirəm ki, yanınızdakı şəxslər sizi zərrə qədər sevmir. Mənim efirim hər kəsə açıqdır. Bizim heç kimlə düşmənliyimiz yoxdur".
Rəqasanə İsmayılova qonaq olduğu verilişdə Səidə ilə barışıq əldə edilməsinə reaksiyası isə birmanalı qaşılanmayıb.
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı. Bizi dalaşdırmaq istədilər, alınmadı. Səidə, bacı, sənə bir qazan dovğa bişirib gətirəcəyəm", - Rəqsanə barışıq sevincini belə ifadə edib.