Bu gün Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səfirdən Britaniya diplomatının Rusiyadan qovulmasının izahatı istənilib. Daha sonra isə Rusiyaya etiraz notası verilib.
Məlumata görə, Britaniya XİN Rusiyanın addımınna cavab olaraq bir rus diplomatının ölkəni tərk etməsi üçün vaxt verib.
Böyük Britaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiyanın ötən ay diplomatlardan birini əsassız və haqsız şəkildə ölkədən çıxarması qəbuledilməzdir: "Bu məsələylə bağlı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi Rusiya səfirini çağırıb və Böyük Britaniyanın səfirlik işçilərinə qarşı təxribatlara dözməyəcəyini açıq şəkildə bildirib. Buna görə də, bu gün qarşılıqlı addım olaraq, biz Rusiya diplomatının akkreditasiyasını ləğv edirik".
Samir Musayev
MİA.AZ