Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinin rayonlarından birində bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

Bu barədə şəhər meri İqor Terexov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, təxminən yerli vaxtla saat 14:30 radələrində Rusiyaya məxsus dron Xarkovun Slobodskoy rayonuna zərbə endirib, mərmilər yerli bazarın ərazisinə düşüb.

Hücum nəticəsində iki nəfər yaralanıb və bir neçə ticarət pavilyonu zədələnib./Report