İsrail ordusu bu gün səhər İordan çayının Qərb Sahilində yerləşən Hebron yaxınlığındakı Zahiriyyə şəhərinə basqın edib.
Mia.az xaric məbuata istinadla xəbər verir ki, nəticədə şəhərdə qarşıdurma yaranıb.
Məlumata görə, nəticədə ölən və yarananlar olub.
Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, basqın zamanı 20 yaşlı Məhəmməd Raci Nəsruh Zahiriyyə İsrail əsgərlərinin açdığı atəş nəticəsində həlak olub, digər bir gənc isə ağır yaralanıb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən isə bildirilib ki, yaralanan bir deyil, iki nəfər olub: "Onlardan biri qarın nahiyəsindən, digəri isə ayaqlarından güllələnblər".
Tahir Şəlvəli
MİA.AZ