BMT ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisi "USS Abraham Linkoln"in İrana zərbə üçün Fars körfəzinə səngər atmasından narahatdır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat mətbuat konfransında suala cavabda deyib.
O, "USS Abraham Linkoln"un körfəzdə lövbər salmasının müharibəyə yol açma ehtimalının mövcudluğu ilə əlaqləndirib: "Cənab Baş katib Fars körfəzi bölgəsindəki hərbi aktivliyin artmasından həqiqətən çox narahatdır. O, bütün tərəfləri gərginliyi daha da artıracaq və ya daha genişləndirəcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır".
Dujarrik qeyd edib ki, Baş katib İranla bağlı bütün problemlərin dialoq, diplomatiya və danışıqlar yolu ilə həllini istəyir: "Ən məqbul yol da budur. Dünya və region ölkələri buna çalışmalıdır"
Samir MUSAYEV
MİA.AZ