ABŞ prezidenti Donald Tramp Nuri əl-Malikinin İraqda yenidən baş nazir seçilmə ehtimalına sərt reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Nuri əl-Malikinin Baş anzir olacaqğı təqdirdə, İraqla bağlı siyaəsti dəyişəcəklərini bəyan edib: "Hakimiyyətdəki sonuncu müddətində Maliki ölkəni yoxsulluğa və tam xaosa sürüklədi. Bunun bir daha baş verməsinə icazə verilməməlidir."

Tramp bildirib ki, əgər o, yenidən baş nazir olarsa, o zaman ABŞ İraqa yardımı kəsəcək: "Eşitdiyimə görə, İraq Nuri əl-Malikini yenidən baş nazir təyin etməklə çox pis seçimə hazırlaşır. Bu, dediyi kimi olmamalıdır. Olarsa, yardımvə digər hər şey dayanacaq".

O, daha sonra İraqdakı qruplaşmalara xitab edib: "Gəlin İraqı yenidən böyük edək".

Xatırladaq ki, 11 noyabr 2025-ci ildə keçirilən seçkidə qalib gələrək, İraq Parlamentindəki ən böyük fraksiyaya sahib olan şiə məzhəbli partiya liderlərindən ibarət Koordinasiya Mərkəzi keçmiş baş nazir Nuri əl-Malikini baş nazirliyə namizəd elan edib. Maraqlıdır ki, ölkənin kürd liderlərindən olan Bərzani Malikini ilk təbrik edənlərdən olub.

Onu da qeyd edək ki, İraqdakı mövcud sistemə görə dünən ölkə prezidenti  də seçilməli idi. Ancaq təxirə salındı: "Məzhəb və etnik kimlik üzrə anlaşmaya əsasən,  Prezident kürd əsilli, baş nazir şiə, parlament sədir isə sünni olmalıdır".

Baş nazirliyə namizəd olan Nuri əl-Maliki 2006-2014-cü illərdə iki dəfə baş nazir olub.

Samir MUSAYEV

MİA.AZ