Bu gün İsrail təyyarəsi Suriyanın cənubundakı Quneytrada əkin sahələrinə naməlum maddələr səpib.
Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarəsinin Əbu Məzrə fermer təsərrüfatı ilə Quneytranın cənubundakı Əl-Hanut kəndinin qərbindəki əkin sahələrinə səpdiyi naməlum maddələr qorxu yaradıb: "İsrail təyyarəsi bazar günü də Quneytranın cənubundakı Əl-Rafiddəki meşəlik ərazilərə, tarlalara və otlaqlara da belə naməlum maddələr püskürüb. Həm o, həm də bugünki səpilən maddələrdən nümunələr götürülüb, araşdırma başlayıb".
Məlumatda da deyilir ki, bölgə əhalisinə həmin ərazilərdən uzaq durmaq, heyvanlarını belə ora buraxmamaqla bağlı xəbərdarlıq olunub.
Firdin Səfərli
MİA.AZ