"Müharibəyə son qoymaq üçün bu həftə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların davamına hazırlıq gedir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti ilə Kiyevdə görüşüb: "Onlardan Əbu-Dabidəki danışıqlar barədə detallı məlumat aldım. Təəssüf ki, danışıqlarda hələ də razılaşma yoxdur. Proses çətin siyasi məsələlər ətrafında davam edəcək".
Samir Musayev
MİA.AZ