Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan bərə batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə yerli hökumətdən açıqlama verilib.

Bldirilib ki, Zamboagna limanından Sulu adasına gedən "M/V Trisha Kerstin 3" bərə texniki nasazlıq səbəbindən Pilas adası yaxınlığında batıb.

Pilas adasının aid olduğu Basilan əyalətinin meri Arsina Laja Kahing-Nanoh bildiirb ki, batan bərədə 332 sərnişin, 27 texniki heyət olub: "Filippin Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatları cəmi 138 nəfərin xilas edə bilib. İndiyə qədər Onlardan 8 nəfərin cəsədi tapılıb. Təəssüf ki, hələ də itkin düşmüş 208 nəfərdən xəbər yoxdur. Onların cəsədlərinin axtarşı davam edir".

Lamiyə Əhmədli

MİA.AZ