İsrail ordusu atəşkəs anlaşmasını yenə pozub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordu səhər saatlarında Qəzza zolağının müxtəlif ərazilərinə ağır zərbələr endirib.
Məlumata görə, hava hücumları və artilleriya atəşləri nəticəsində Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsinin şərq hissəsi, o cümlədən Əl-Batdiş qəbiristanlığı ətrafında çoxsaylı binalar və Cəbəliya qaçqın düşərgəsindəki evlər dağıdılıb: "Xeyli ölən və yaralananlar var. Onların sayı hələlik dəqiqləşdirilməyib".
Bundan başqa, cənubda Xan Yunisin şərqindəki Beni Suheila şəhəri də artilleriya atəşinə tutulub.
Tahir Şəlvəli
MİA.AZ