"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çempionlar Liqasında "Mançester Siti" ilə oyundan sonra klub Əhməd Kutucu ilə vidalaşacaq.
Məlumatagörə, Baş məşqçi Okan Buruk onun satılmasına rəy verib: "Klub menecerləri bundan sonra hərəkət keçiiblər. Onlar Krist Oulainin transferina qarşılıq olaraq "Trabzonspor"a Əhməd Kutucu təklif ediblər. Yəni, oyunçu mübadiləsinə çalışırlar. Hələlik buna cavab verilməyib".
Məlumata görə, mübadilə alınmasa belə, futbolçunun müqaviləsinə transfer müddətinin bitimində xitam veriləcək.
Xatırladaq ki, 25 yaşlı Kutucu bu mövsüm "Qalatasaray"da 12 rəsmi matçda oynayıb. O, bu matçlarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fərid ASLAN
Mia.az