Prezident Donald Tramp və Prezident İlham Əliyev yanvarın 22-si Davosda ABŞ-Azərbaycan münasibətləri və regional sülh məsələlərini müzakirə etmək üçün görüşüblər”.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər 2025-ci il avqustun 8-də keçirilmiş Sammitdə əldə olunan razılaşmalara sadiqliklərini bir daha təsdiqləyərək ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar: “Liderlər həmçinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində əldə edilən irəliləyişləri, eləcə də TRIPP təşəbbüsü sayəsində regional əlaqəliliyin, əməkdaşlığın və ticarətin əhəmiyyətini qeyd ediblər”.