Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın Zrenyan şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.
Məlumata görə, Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) yarışın həlledici mərhələsinə vəsiqə qazanıblar.
Tsokayev yarımfinalda rusiyalı Mustafaqadji Malaçdibirovu, Dursunov isə Belarusdan olan Stsiapan Mandriki üstələyib.
Qeyd edək ki, daha əvvəl Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq) və Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.
***
Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Məlumata görə, yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) finala yüksəlib.
Yarımfinalda Başir Alili (Şimali Makedoniya) ilə qarşılaşan təmsilçimiz həlledici raunda adlayıb. Onun rəqibi zədələndiyi üçün qarşılaşmanı davam etdirə bilməyib.
Qeyd edək ki, ötən gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək/Report.