Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray" doğma meydanında İngiltərənin "Liverpul" komandası ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 21.45-də başlayan matçın 7-ci dəqiqəsində "Qalatasaray" Leminanın qolu ilə hesabı açıb.
61-ci dəqiqədə Osimhen fərqi artırsa da, hakim ofsayd səbəbiylə qolu ləğv edib.
70-ci dəqiqədə isə ingilislərin qolu əllə oyuna görə qeydə alınmayıb.
Oyun bu hesabla başa çatıb - 1:0.
Əgər "Qalıatasaray" cavab oyunda qalib gələr və ya heç-heşə edərsə, 1/4 finala yüksələcək.
Fərid ASLAN
MİA.AZ