ABŞ Müdafiə Nazirliyi (Pentaqon) NATO-nun güc bölmələri və məsləhət qruplarında şəxsi heyətinin sayını zaldacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.
Qəzetin iddiasına əsasən, Prezident Donald Tramp və onun administrasiyası belə bir qərar verməyə hazırlaşır: "Qərara əsasən, NATO qüvvələrinin təliminə yönəlmiş "Mükəmməllik Mərkəzləri" də daxil olmaqla, alyans daxilində təxminən 30 bölmədə ABŞ hərbi personalının sayı azaldılacaq. Bu proses tədricən, daha dəqiq, bir neçə ilə icra olunacaq"
Xatırladaq ki, dünən Ağ Evdə keçirilən mətbuat brifinqində Tramp NATO ilə yaxşı münasibətlərinin normal olduğunu deyib. O əlavə edib ki, NATO əslində, ABŞ-ın gücünə görə güclüdür: "Əgər biz NATO-nun yanında olmasaq, NATO çox güclü olmayacaq".
Firudin Səfərli
MİA.AZ