ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlar Yaxın Şərq ölkələrində normal həyata böyük təsir edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Yaxın Şərqin iki mühim ölkəsi - Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hər iki tərəfə dialoqla bağlı birgə rəsmi çağırışlar etməyə başlayıb.

Məlumata görə,  Küveyt Əmiri Məşəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan regiondakı gərginliyə son qoymağa və dialoqa və diplomatik həllərə dönüşə çağırıblar.

İki lider bununla bağlı bir araya gəlib, faktiki vəziyyəti müzakirə ediblər: "Söhbət zamanı iki lider İranın son hücumlarından sonra ölkələrinin və xalqlarının vəziyyəti ilə bağlı məlumat mübadiləsi aparıblar. Tərəflər hücumları qətiyyətlə pisləyiblər və vurğulayıblar ki, bu, hər iki ölkənin suverenliyinin pozulmasıdır. İki lider həmçinin ölkələrinin təhlükəsizliyini və sabitliyini dəstəkləmək üçün bütün mövcud vasitələrdən istifadə etmək öhdəliklərini təkrarlayıblar. Görüşdə gərginliyi artıran hərəkətlərin dərhal dayandırılması üçün tərəflərə çağırış ediblər. Onlar problemləri diplomatik yolla həllini tələb ediblər"

Tahir Şəlvəli

MİA.AZ