Türkiyə dron və PUA sahəsində çox böyük uğrulara imza atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Mark Rutte Xorvatiyada Baş nazir Andrey Plenkoviç ilə birgə mətbuat konfransında deyib.
O, bu ölkənin Türkiyədən aldığı yeni dr0n və PUA-larla tanış olduğunu qeyd edib: "Bu səhər Türkiyədən möhtəşəm dron texnologiyası sahəsindən nələr aldığınızı yenidən görmək imkanım oldu. Çox xoş oldu, əladır".
Rutte, Xorvatiyanın ABŞ və Fransadan da dron aldığını və eni zamanda, özünün də dron istehsalını böyük uğur sayıb: "NATO dron texnologiyasını inkişaf etdirməlidir"
Hüseyn Namazov
MİA.AZ