Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat həyata keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
O, Ankara, Adana Diyarbakır, Antalya, Manisa, Sivas, Giresun, Tokat ve Iğdırda keçirilən əməliyyatla 9 cinayətkar dəstə üzvləri qandallanıb: "Jandarma tərəfindən 9 şəhərdə keçirilən əməliyyatla 9 mütəşəkkil cinayətkar dəstənin 89 üzvü saxlanlıb".
Nazir bildirib ki, şübhəlilərə məxsus 7 ev, 5 torpaq sahəsi, 508 bank hesabı, 6 kriptovalyuta cüzdanı hesabı və 50 milyon türk lirəsi müsadirə edilib.
Firidin Səfərli
MİA.AZ