Türkiyədə sosial mediada təxribat tipli paylaşım edən 325 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, sosial emdia profillərində cinayətkar təşkilatları təbliğ edən, silahlı fotolar yayan və bu kimi qıcıq yaradan, ictimai əxlaqa zidd davrananlara qarşı fasiləsiz əməliyyatlar davam edəcək.

Nazir qeyd edib ki, əməliyyat rədbirləri zamanı 41 ədəd sənədsiz tapança, 36 ədəd ov tüfəngi, 25 əldəqayırma odlu silah, bir ədəd AK-47 avtomat aşkarlanaraq götürülüb: "Hər kəs bilməlidir ki, ölkədə  sabitliyitəhdid edələrə qarşı mübarizəmizi qətiyyətlə davam edəcək"

Firudin Səfərli

MİA.AZ