Bolqarıstanda Baş nazir Rosen Jelyazkovun hökumətinin istefasından sonra parlamentdəki ikinci ən böyük qrup olan "Dəyişikliyə Davam Et-Demokratik Bolqarıstan" (PP-DB) alyansı hökumət qurmaq vəzifəsindən imtina edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, PP-DB alyansı Prezident Rumen Radevdən konstitusiya prosedurlarına əsasən aldığı təklifi rədd etdiyini açıqlayıb.
Prezident Sarayında keçirilən brifinqdə PP-DB parlament qrupunun həmsədri Nadejda Yordanova deyib ki, belə təklif ona gəlib: "Yeni hökumət qurmaq üçün mənə Prezident tərəfindən mandat verildi. Səlahiyyətim ərçivəsində bu mandata dərhal "yox" dedim".
Partiya rəsmisi etiraf edib ki, mandatı qəbul etsəydilər belə, yeni hökuməti qurumaq üçün yetərli deputat sayına sahib deyillər.
Prezident Radev isə bu rəddetmədən sonra seçki anonsu verib: "Bizə ədalətli seçki lazımdır. Əhəmiyyətli olan seçkilərin nə vaxt keçiriləcəyi deyil, necə keçiriləcəyidir. Partiya liderlərindən məsuliyyət göstərmələrini, seçki tarixini mənə deməmələrini gözləyirəm".
Xatırladaq ki, qanuna görə, prezident iki ay ərzində erkən parlament seçkilərinin tarixini təyin edəcək.
Samir Musayev
MİA.AZ