Hələbin yaşayış məskənindən YPG-li döyüşçülərini təmizləyən Suriya ordusu indi də şəhərin çöllük ərazilərində mövqe tutan kürd silahlılarına qarşı əməliyyat hazırlığına başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya ordusu Hələbin şərq bölgəsində "qapalı hərbi zona" elan edilmiş ərazidən mülki əhalinin təxliyəsi üçün M15 magistral yolundakı Hamime kəndində humanitar dəhliz açııb.

Məlumata görə, dəhliz bu gün saat 10:00-dan 18:00-dək açıq olacaq. Ordu bu dəhlizlə həm mülki şəxslərin, həm də təslim olan kürd silahlılarının təhlükəsiz çıxmalarına vəd verib: "Mülki əhalinin təxliyyəsindən sonra əməliyyat başlayacaq".

Suriya hökməti isə təslim olan YPG-lilərin əfv oluacağını açıqlayıb.

Tahir Şəlvəli

MİA.AZ