Xalq artisti Brilliant Dadaşova bacısı qızı olan müğənni Səidə Dadaşova barədə maraqlı açıqlama verib.

Mia.z xəbər verir ki, o, bacısı qızı ilə münasbətlərindən söz açıb: ""İnsanı istifadə etmək üçün bəzən yönləndirirlər. Mən Səidəyə bu gün də, dünən də, sabah da, nə vaxt gəlsə, qucaq açaram. Bacısına demişəm ki, Səidə gəlsin. Deyib ki, "həyat yoldaşı mənimlə belə danışmağa, münasibət qurmağa icazə vermir". Çünki orada həyat yoldaşının maraqları var. Bu gün bizə də, bura da, ya da bacım İradəgilə də gəlsə, fərqi yoxdur. Səidə bizim canımız, qanımızdır, başqa söhbət ola bilməz. Öz maraqlarına görə, insanları yönləndirə bilərlər".