İranda aksiyalar səbəbindən kəsilən internet yaxın günlərdə bərpa olunacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ranın vitse-prezidenti Hüseyn Afşin mətbuat konfransında açıqlama verib.

O bildirib ki, 8 yanvarda kəsilən internet böyük ehtimalla həftəsonuna qədər açılacaq: "İnternet şəbəkəsi həftəsonuna qədər ölkə daxilində tədricən normal vəziyyətə qayıdacaq. Yeri gəlmişkən, , kəsintilərin davam etməsi halında böyük şirkətlərin fəaliyyətinə görə "sabit IP" vasitəsilə internet xidməti göstərmək üçün tədbirlər görülüb".

Xatırladaq ki, rəsmi məlumata görə, dekabrın 28-də başlayan aksiyalarda 178 təhlükəsizlik işçisi  olmaqla 3919 nəfər ölüb.

Samir MUSAYEV

MİA.AZ