Baş Prokurorluqda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev və qurumun digər rəhbər heyəti iştirak edib.

Kamran Əliyev çıxışında bildirib ki, cari il Azərbaycanın ictimai-siyasi həyatında xüsusi məna kəsb edir:

"2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi müstəqil dövlətçilik tariximizin əsas sütunlarına verilən ali dəyərin bariz ifadəsidir. Bu il ərzində dövlətimizin xarici siyasət sahəsində əldə etdiyi mühüm nailiyyətlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsini təmin edib. Prezident İlham Əliyevin məqsədyönlü və praqmatik diplomatik fəaliyyəti nəticəsində Azərbaycan bu gün etibarlı, təşəbbüskar və nüfuzlu tərəfdaş kimi tanınır".