Ölkədə Qudalar Agentliyi kimi tanınan Dövlət Su Ehtiyatları Agentliyində daha bir diqqətçəkən təyinat olub.

Mia.az-ın məlumata görə, Agentliyin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (Bu xidmət yaxın 3 aya kimi QSC-yə çevriləcək) sədr əvəzi Tahir Xəlilovun bu sahəyə tamam ilə yad olan daha bir qohumu - xalası oğlu Sərxan Orucovun Yasamal Sukanal İdarəsinə rəis təyin edilməsinə nail olması faktı üzə çıxıb (bu məlumatı ilk olaraq https://dogruxeber.tv/2026/03/04/mza-yerini-bilmyn-ris-yasamal-idarsind-ok-iddialar.html yazıb).

Məlumat üçün qeyd edək ki, Tahir Xəlilovun bu sahədə heç vaxt işləməyən qaynı, 28 yaşlı Ramil Abdurahmanov da bir müddət əvvəl Gəncə Şəhər Sukanal İdarəsinə rəis müavini təyin edilib.

Bu haqda Mia.az ötən ay yazıb (https://www.mia.az/w1096303/1096303

Yeri gəlmişkən, ADSEA sədri Zaur Mikayılov qudalarından biri olan Əsəd Şirinov özünə müşavir, digəri qudası Fuad Quliyevi isə aparat  rəhbəri təyin edib.

Onu da qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Prezidentin sərəncamıyla yaxın 3 ayda publik hüquqi şəxs statusundan QSC formatına keçiriləcək. 

Məlumata görə, 3 ay çəkəcək bu prosesun yekununda QSC-yə yeni rəhbər təyinatı aparılacaq.

Mövzuya qayıdacağıq

Samir MUSAYEV

MİA.AZ