“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
Mia.az İqtisadiyyat.az-a istinadla bildirir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq Əmr imzalayıb.
Onun yerinə isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olan 41 yaşlı A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.
Xatırladaq ki, R.Rüstəmovun ADY-na təyinatından sonra bu qurumda az qala hər iki gündən bir bir neçə kadr dəyişikliyi baş verir. Bu isə sədrin komanda formalaşdırmaq qabiliyyətinin çox aşağı olması, eyni zamanda, daxildə sağlam mühit yarada bilməməsi ilə əlaqələndirilir.
MİA.AZ