İran və Qətər XİN başçıları telefonda mübahisə ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Ərakçi qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefon danışığında deyib.

Ərakçi bildirib ki, İran Qətərin dost və qardaş ölkə süverenliyinə hörmətlə yanaşır.

Qətər XİN başçısı isə iranlı həmkarına ölkədəki mülki obyektlərin vurulmasını xatırladaraq etiraz edib: "Faktlar açıq şəkildə göstərir ki, hücumlar Qətərdəki mülki və yaşayış məntəqələrini, Həməd Beynəlxalq Hava Limanının ətrafını, həyati əhəmiyyətli infrastrukturu və mayeləşdirilmiş qaz istehsalı müəssisələri də daxil olmaqla sənaye zonalarını hədəf alıb. Bu, Qətərin suverenliyinin və beynəlxalq hüquq prinsiplərinin açıq şəkildə pozulmasıdır. Təəssüf ki, hücumlar yalnız raketlərlə məhdudlaşmayıb, PUA-la davam edir. Bütün bunlar İranın eskalasiya yanaşmasını əks etdirir və gərginliyi azaltmaq və ya həll yolu tapmaq üçün heç bir səmimi istəyi göstərmir. Əksinə, qonşularına zərər vermək və onları özlərinə məxsus olmayan bir müharibəyə sürükləmək məqsədi daşıyır. Bu münaqişədən kənarda qalan regional ölkələrə qarşı hücumlara dərhal son qoyulmalıdrır. Bu cür hücumlar İranın qonşularına qarşı heç bir xoşməramlı olmadığını təsdiqləyir".

Əl Sani Qətərin həmişə dialoq və diplomatiyanı dəstəklədiyini həmkarının diqqətinə çatdırıb. Lakin xüsusi vurğulayıb ki,  suverenliyi, təhlükəsizliyi, ərazi bütövlüyü və milli maraqları hədəf alınarsa, daha cavabsız qalmayacaqlar.

Tahir Şəlvəli

MİA.AZ