Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6-8-də Ankarada işgüzar səfərdə olublar.

Mia.az xəbər verir ki, ilk görüş yanvarın 6-da Ankara Müzik ve Güzel Sanatlar Universitetində rektor professor Erhan Özdenlə keçirilib.

H.İsaxanlı və E.Özden iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra isə Xəzər Universiteti ilə Ankara Müzik ve Güzel Sanatlar Universiteti arasında anlaşma protokolu imzalanıb.

Yanvarın 6-da nümayəndə heyəti TÜRKSOY Başqan yardımçısı Sait Yusufla görüşüb. S.Yusuf qonaqlara təşkilat haqqında və gələcək planlarından danışıb.

Ankara Sosyal Bilimler Universitetinin (ASBU) rektoru, professor Musa Arıcan yanvarın 6-da Xəzər Universitetindən gələn qonaqları səmimi qarşılayaraq, universitet haqqında geniş məlumat verib və iki universitet arasında anlaşma protokolu imzalanıb.

Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri dosent Nəcibə Nəsibova, TÜRKSOY Dairə başqanı Dr. Barış Cavid Mövsümlü, Yentek Taşdemir Model Tasarım-ın Baş müdiri Ali Taşdemir və universitet rəhbərliyi iştirak ediblər.

M. Arıcan qonaqları ASBÜ ilə tanış edib və ziyafət verilib.

Yanvarın 7-də nümayəndə heyəti Türkiye Cumhuriyeti Anayasa Məhkəməsinin başqanı Kadir Özkaya və Məhkəmənin üzvü Yılmaz Akçil`lə görüşüb. Dosent Nəcibə Nəsibovanın iştirakı ilə keçən görüşdə Kadir Özkaya qonaqlara Anayasa Məhkəməsi haqqında ətraflı məlumat verib.

Hamlet İsaxanlı isə Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər haqqında danışıb və Kadir Özkayanı Bakıya, Xəzər Universitetinə dəvət edib.

Qonaqlar Məhkəmənin tarixi muzeyi ilə tanış olublar.

Xəzər Universitetinin nümayəndə heyəti yanvarın 7-də Hacettepe Unuversitetinin rektoru professor Mehmet Cahit Güran tərəfindən qəbul edilib. Hamlet İsaxanlı Xəzər Universitetinin nailiyyətləri haqqında geniş söz açıb. daha sonra gələcək illərdə iki universitet arasında əməkdaşlıqla bağlı razılıq əldə edllib. Professor Mehmet Güran geniş əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.

Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru Prof. Uğur Ünal`la görüşdü. Görüş zamanı Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirdi və gələcəkdə daha çox işlərin görüləcəyini qeyd etdi.

Ü. Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirdi və H.İsaxanlıya yeni kitablarini hədiyyə verdi. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

.Yanvarın 8-də nümayəndə heyəti Ankara Universitetsinin rektoru Prof. Necdat Ünivar`ın dəvəti ilə üniversitetin qonağı oldu. Qonaqları səmimi qarşılayan Necdat Ünivar universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı dəvət üçün rektor Necdat Ünivara dərin təşəkkürnü bildirdi. Görüş zamanı iki universitet arasında bundan sonra da əlaqələrin genişləndiril­məsinin vacibliyi vurğulandı. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

Rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Ankara Universitetnin prorektorları – Prof. Gülnur Göllü Bahadır, Prof. Hatice Bakkaloğlu və Əczaçılıq fakültəsinin professoru Tansel Çomoğlu və digər şəxslər iştirak etdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli yanvarın 8-də Orta Doğu Teknik Universitetinin rek­toru Prof. Ahmet Yozgatlıgil`in qonağı oldular. Qonaqları səmimi qarşılayan Ahmet Yozgatlıgil universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı rektor Ahmet Yozgatlıgilə dərin təşəkkü­rünü bildirdi. İki universitet arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.

Ankarada keçirilən görüşlərdə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.