Ankarada yaşlı atası, xərçəng xəstəsi olan anasının yaşadığı evi də qumarda uduzan və çarəsiz duruma düşdüyünü sosial mediada canlı yayıma çıxaraq etiraf edən, ailəsindən, xalqdan üzr istəyərək məşhur mafiya lideri Sedet Pekerə üz tutaraq "qoca ata və anamı sizə tapşırıram" deyib, dərhal canına qıyan idman müəllimi Şafak Çelikin vəsiyyətinə əməl edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vida videosunda xərçəng xəstəliyindən əziyyət çəkən anası və qazi ı atasına kömək xahişinə Birləşmiş Ərəb Əmirliyində yaşayan Sedat Peker biganə qalmayıb.
Məlumata görə, vəsiyyət yerli mediada da tirajlandıqdan sonra Sedat Peker vəkili vasitəsiylə ailənin bank borclarını bağlayıb, yaşlıların pensiyaları üzərindəki həbsəri qaldırıb və ailə üçün yeni bir ev alıb.
37 yaşlı qumabrmaz müəllimin yaşlı və xəstə valideynləri yerli media orqanlarına faktı təsdiqləyib və Sedat Peker minnətdarlıq ediblər.
Firudin Səfərli
MİA.AZ
