"Döyüşlərin dayandırılması üçün Ukrayna qoşunları Donbas bölgəsindən çıxmalıdır. Bu, çox vacibdir. Əks halda, Rusiya məqsədlərinə çataraq, döyüşlərə son qoyacaq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Trampla Zelenskinin görüşündən sonra ABŞ prezidentinin "Rusiya Donbasla bağlı iddiasından vaz keçməlidir", - mesajına cavabda deyib.
Peskov Moskvada jurnalistlərə bildirib ki, ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin dünən telefon danışığında da nə bu haqda, nə də Ynei ildə (Milad bayramı) Ukraynada atəşkəs məsələsi müzakirə olunmayıb: "Floridada Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşün nəticələrindən isə xəbərsizik".
Kreml təmsilçisi Putinlə Zelenski arasında telefon danışığı ehtimalını isə qeyri-ciddi sayıb: "Bu, mümkün deyil".
Samir Musayev
MİA.AZ