Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən təşkil olunan 35-ci Afrika Millətlər Kubokunun (AFCON 2025) A qrupunun oyunları başa çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Rabatdakı Şahzadə Moulay Abdellah stadionunda Mərakeş Zambiya yığması ilə qarşılaşıb.

Mərakeş yığması 9-cu dəqiqədə Əyub Əl Kaabinin qolu ilə hesabı açıb. 27-ci dəqiqədə Brahim Diazın qolu ilə üstünlüyü artırıb - 2:0.

Mərakeş ikinci hissəyə də  fəal başlayıb.  50-ci dəqiqədə Əyub Əl Kaabinin qolu ilə fərq artıb - 3:0.

Günün digər matçında Kasablankadakı Məhəmməd V stadionunda Komor ilə  Mali milliləri arasında baş tutub. Oyun heç-heçə bitib - 0:0

Bu nəticələrdən sonra Mərakeş A qrupunda 7 xalla birinci, Mali isə 3 xalla ikinci yerdə qərarlaşaraq 1/8 finala yüksəliblər.

Fərid ASLAN

MİA.AZ