Fələstinə məxsus İordan çayının Qərb sahilinə yerləşən İsrail hərbçilərinə sərt tapşırıq verilib.

Mia.az xaric mətbuata istinadla xəbər verir ki, hərbçilərə reydlər zamanı daş atan fələstinlilərə qarşı sərt davranılması tapşırılıb.

Müdafiə Nazirliyindən hərbçilərə açıq əmrdə deyilir: "Sizə daş atan fələstinliləri öldürün! Əgərlərin hərəkət azadlığı və həyatı təhlükədə olduqda hər kəsi öldürmək hüququ var! Bunu unutmayın və əməl edin!".

Xatırladaq ki, son aylar bu bölgədə İsrail hərbçiləri fasiləsiz reydlər keçirir və bu zaman-zaman toqquşma olur. İki gün əvvəl isə hərbçilər onlara müqavimət göstərən iki nəfəri güllələyib.

Tahir Şəlvəli

MİA.AZ