"İranın nüvə məsələsinin həlli ilə bağlı ABŞ-la qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazırdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Abbas Əraqçi deyib.
O, "Əl-Cəzirəyə" müsahibəsində bildirib ki, İran heç vaxt danışıqlardan qaçmayıb: "Əksinə, biz həmişə, hətta iyun ayında İsrail və ABŞ-ın nüvə obyektlərimizə hücumlarından sonra da problemi dinc yolla həll etməyə çağırışlar etmişik. Əgər hər iki tərəf bir-birinin hüquqlarına hörmət edərsə və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazırdırsa, dinc yolla həll tamamilə mümkündür".
İranın nüvə obyektlərinə hücumların ciddi ziyan vurduğunu etiraf edən Əraqçi qeyd edib ki, bu, ölkəsinin nüvə proqramı barədə təcrübə, ilik və texnologiyasının məhvi demək deyil: "Obyektlər sıradan çıxarıla bilər, lakin beyin məhsulu və nüvə texnologiyası idxal edilən bir şey deyil, o İran alimlərinin məhsuludur və təkrar istehsal edilə bilər. Bunu müharibə ilə sınasalar belə, nəticə dəyişməyəcək. Əgər aramızda müharibə başlasa, ABŞ nüvə obyektlərimizə hücum etsə, onda Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirəcəyimiz qaçılmaz olacaq. Bizim istəyimiz isə bu deyil. ABŞ prezidentinə məsləhətim və təklifim diplomatiyaya və danışıqlar yolu ilə həll yoluna qayıtmaqdır."
Tahir Şəlvəli
MİA.AZ