Türkiyəli aktrisa Asena Keskinci "Bez Bebek" serialında həmkarı Evrim Akınla qalmaqalının "mürəkkəbi qurumamış" bu dəfə yeni serialda seks səhnəsi ilə gündəmə gəlib.
Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, aktrisanın yataq səhnəsini canlandırması izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.
Məlumata əsasən, "HBO Max"da yayımlanan "Jasmine" serialının ilk fraqmentində onun yataq səhnəsinin nümayiş olunmasıdan sonra sosial media hesabı mesajlarla "aşıb-daşıb".
İzləyicilərinin çoxu ona "Deyəsən rejissorların təxəyyülünün həddi yoxdur", "Bu rol Asenaya qətiyyən yaraşmadı", "Asena, bu səhnəyə nə ehtiyac var idi?" və "Belə bir film necə efirə buraxılacaq" kimi şərhlər yazıblar.
Aktirisa isə bu şərhləri cavabsız buraxıb.
Hüseyn
MİA.AZ

