Suriyanın Deyr Hafar şəhərində hökumət qüvvələri ilə terror təşkilatı PKK/YPG-nin Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) arasında yenidən döyüş başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin hərbçilərini Deyr Hafar şəhərində snayper atəşi ilə "gözüm-çıxdı"ya salan SDQ-yə qarşı droanlarla əməliyyata start verilib.
Məlumata görə, PUA-larla snayperçilərin yeri müəyyənləşir, daha sonra isə kamikadze dronlarla onlar br-bir məhv edilir: "Bəzi yerlərdə isə SDQ-yə bağlı ağır texnikalar da PUA zərbəsiylə məhv edilir".
Tahir Şəlvəli
MİA.AZ