Ötən gecə İsrail hərbçiləri Qəzzada fələstinliləri atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, əl-Tuffah məhəlləsində baş verən hadisədə bir qadın öldürülüb, bir neçə nəfər isə yaralanıb.
Qəzza şəhər mərkəzindəki Əl-Əhli Baptist Xəstəxanasından bildirilib ki, İsrail hərbi maşınlarından əl-Tuffah məhəlləsindəki fələstinlilərin evləri səbəbsiz atəşə tutulub: "Bu zaman velərin birində 55-60 yaşlıı bir qadın vurularaq öldürülüb, 7 nəfər isə yaralanıb".
HƏMAS isə bu cür halları nəzərdə tuutaraq İsraili atəşkəsi pozmaqda ittiham edir.
Tahir Şəlvəli
MİA.AZ