İsrail ordusu tərəfindən HƏMAS-a qarşı silahlandırılan və dəstəklənən qanunsuz silahlı dəstə lideri Yasir Əbu Şəbab bu gün Qəzzada öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qəzzanın cənubunda - Misirlə sərhəd bölgədə yerləşən Refahda İsrailin dəstəklədiyi əşirətlərin silahlıları ilə döyüşdə öldürülüb.
Məlumata görə, HƏMAS-a qarşı amansız döyüşü ilə seçilən çete lideri Yasir Əbu Şəbab onun sözünü dinləməyən əşirətlərlə kəskin münasibətdə olub: "Nəhayət, onlar arasında silahlı toqquşma olub və bu toqquşmada o, ağır yaralanıb. Silahdaşları onu İsrailə məxsus Soroka Xəstəxanasına çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb"
İsrailin dövlət televiziyası KAAN faktı təsdiqləyib. Bildirilib ki, çete lideri ilə yanaşı, xeyli silahlı şəxs də öldürülüb.
Məlumatda o da deyilir ki, vaxtilə narkotik alverinə görə İsrail həbsxanasında yatan, Qəzzada gərginlik vaxtı isə buraxılaraq HƏMAS-a qarşı savaşa qatılan qısa zamana ətrafına xeyli silahlı şəxs yığıb. Onun fədələrlə HƏMAS və onun döyüşçülərinə qarşı savaşa girərək, amansız qətllərə imza atdığı haqda iddialar da var.
Tahir Şəlvəli
MİA.AZ