İsrail ordusu Livan ərazisində xəritə paylaşaraq yerli əhaliyə "təcili bu əraziləri tərk edin" xəbərdarlığı edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ordusunun sözçüsü Aviçay Adraeenin adından yayılan xəritə və xəbərdarlıqdan 15 dəqiqə sonra isə Livanın cənubundakı Tir və Nəbatiyyə şəhərlərindəki iki binaya ağır zərbə endirilib.
İsrail ordusu yuxarıda qeyd edilən şəhərlərə bağlı olan Caba və Mahruna kəndlərindəki işarələnmiş binaları bomba zərbəsiylə məhv edib: "Bu binalarda "Hizbullah"çılar var idi..."
Tahir Şəlvəli
MİA.AZ