Bu gün az əvvəl İsrail ordusu Qəzza zolağının şimal və cənubunu hava və artilleriya zərbələri endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri cənubdakı Rəfah və Xan Yunisin şərq rayonlarını, şimaldakı Beyt Lahiya şəhərini bombalayıblar .
Məlumata əsasən, bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq rayonları artilleriya atəşinə də tutulub: "Hətta Xan Yunusda bir hədəfə helikopterlə vurulub"
Xəbərdə o da deyilir ki, nəticədə bir çox ev və mülki obyektlər yararsız hala düşüb: "Ölən və yaralananlar haqqında isə hələlik informasiyalar dəqiqləşməyib".
Xatırladaq ki, bundan əvvəlki zərbədə 2-si uşaq olmaqla, 5 nəfər ölüb.
Tahir Şəlvəli
MİA.AZ