İsrail ordusu Qəzzada çadır şəhərciyini vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Xan Yunisdəki məcburi köçkün fələstinlilərin sığındığı çadır şəhərciyinə PUA zərbələri nəticəsində böyük yanğın çıxıb.
Qəzzadakı Küveyt Sahə Xəstəxanasından bildirilib ki, hadisə nəticəsində ikisi uşaq da daxil olmaqla, beş fələstinli həlak olub: "16 nəfər isə yaralanıb"
Məlumatda deyilir ki, çıxan yanğına görə xeyli çadır yararsız haal düşüb.
Tahir Şəlvəli
MİA.AZ