"Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün ən idela yer Türkiyədir. Bizim ölkədən daha uyğun yer yoxdur".

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu sözləri Brüsselə NATO XİN başçılarının sammitinə gedən Xarici işlər naziri Hakan Fidan deyib.

O, bildirib ki, rəsmi Ankara bunu daha əvvəl sübut edib: "Biz bunu ötən yay İstanbulda keçirdiyimiz üç görüş, onları necə qəbul etdiyimiz və necə apardığımızla sübut etdik. Tərəflər hər dəfə həqiqətən məmnuniyyətlə Türkiyədən ayrılıblar"

Samir Musayev

MİA.AZ