ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Bayden administrasiyası dövründə "avtomatik elektron imza" ilə imzalanmış bütün sənədlərin artıq qüvvədən salan fərman imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Tramp deyib ki, bu sənədlərin sırasında bütün sənədlər - bəyannamələr, icra sərəncamları və müqavilələr var: "Bir sözlə, hər şey qüvvədən düşdü. O cümlədən Bayden tərəfindən eyni dövrdə imzalanmış əfv fərmanlarınn artıq hüquqi qüvvəsi yoxdur".

Xatırladaq ki, Tramp vəzifəyə başladıqdan sonra verdiyi açıqlamalarda Baydenin müvafiq hüquqi sənədləri şəxsən deyil, avtomatik elektron imza ilə imzaladığını iddia edirdi.

Lamiyə

MİA.AZ