Türkiyənin Muğla şəhərinə yaxın dəniz sularında qanunsuz miiqrantların olduğu rezin qayıq saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Yunanıstan sahil mühafizə dəstəsinin Türkiyənin ərazi sularına yönlndərdiyi qayıqla bağlı məlumat daxil olan kimi əraziyə botlar göndərilib: "Sahil Mühafizəsi tərəfindən rezin qayıqdan 31 qanunsuz miqrantı aşkar olunaraq Köç (Miqrasiya) İdarəsinə təhvil verilib. Afrika ölkələrindən olan miqrantlar ölkələrinə deport olunacaqlar".

Firudin Səfərli
MİA.AZ