Portuqaliyada fırtına və güclü yağış insan tələfatına səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava şəraiti səbəbindən iki nəfərin ölüb, 20-dən çox yaralı var.

Yerli hökumətdən bildirilib ki, güclü fırtına elektrik xətlərini qırıb, dirəkləri aşırıb, yüzlərlə ev və iş yerlərinə zərər vurub: "Nəticədə 20 mindən çox insan elektriksiz, 2 miunə yaxın ev isə su altında qalıb. Ölkənin mərkəzi bölgələrində bir evin su altında qalması nəticəsində 88 yaşlı iki nəfər ölüb, on nəfər də təxliyə edilib, 20-dən çox müxtəlif dərəcəli xəsarət alanlar var".

Baş nazir Luis Monteneqro baş verən fəlakətin fəsadlarının aradan qaldfırılması üçün çalışdıqlarını deyib.

Lamiyə Əhmədli
MİA.AZ