“Liatris Holding” MMC-nin vergi borcu üzə çıxıb.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, şirkətin 1 674 AZN borcu var.
Qeyd edək ki, Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi müğənni Ruhiyyə (Ruhi) Nəsrəddin qızı Əliyevadır. “Liatris Holding”in hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 115, mənzil 43-dür.
Onu da qeyd edək ki, Ruhi Putinin tələbə yoldaşı İlham Rəhimovla sonradan evlənib.
MİA.AZ