Rusiyanın SU-30 döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Finlandiya ilə sərhədində yerləşən Kareliya bölgəsində qəzaya uğrayan Su-30 qırıcı təyyarəsinin iki pilotu həlak olublar: "Təyyarə sursatsız olub, səbəbi araşdırılır".
Lamiyə Əhmədli
MİA.AZ