Şimali Koreya ABŞ-ın Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıq planını dəstəkləməsinə sərt reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) hökumətin mövqeyini ifadə edən yazı dərc olunub.
Yazıda bildirilib ki, ABŞ-ın bu qərarı bölgədə nüvə sahəsində "domino effekti"nə səbəb olacaq
Məqalədə Cənubi Koreya ilə ABŞ arasında imzalanmış son ticarət və təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın yeni təhlükələrə yol açması iddia olunub: "ABŞ-Cənubi Koreya ittifaqı gələcəkdə daha təhlükəli olacaq. Bu iki ölkənin Şimali Koreyaya qarşı düşmən münasibətini davam etdirmək iradələrinə qarşı qabaqlayıcı tədbirlər əsas şərtdir"
Cənubi Koreya hökuməti isə Şimali Koreyanın narahatlığını qəbul etməyib.
Cənubi Koreya Prezidentinin sözçüsü Kanq Yu-cunq bildirib ki, KCNA məqaləsinin əksinə olaraq, hökumətin Şimali Koreyaya qarşı düşmənçilik niyyəti yoxdur: "Biz qonşu xalqla gərginliyi azaltmaq və etimadı bərpa etmək üçün çalışmağa davam edəcəyik".
Lamiyə
MİA.AZ